Balkanlar ve Kıbrıs

Prof. Ümit Özdağ: “Türkiye hükümeti Ermenistan’la anlaşma yolu tutarsa, muhalefet halkı buna karşı teşkilatlandırmalıdır”

21.03.2009
2639 kez okundu.    PDF Şekli  Yazi Yazdir   
İstanbul. Mais ?lizadı - APA. Türkiy?nin tanınmış siyasi analitiki, XXI Yüzyıl Türkiy? İnstitutunun direktoru, professor Ümit Özdağın APA-nın Türkiy? bürosuna müsahib?si

- Türkiyənin yaxın vaxtlarda Ermənistanla sərhədi açacağına dair söz-söhbətlər Azərbaycanda müxtəlif reaksiyalar doğurub. Sizcə, Türkiyə həqiqətən də sərhədi açırmı?

- Konkret heç nə yoxdur. Türkiyənin 24 apreldə Ermənistanla sərhədi açacağına dair söhbətlərə başqa nüanslar da əlavə olunmasına baxmayaq, hələlik konkret nəsə müşahidə etmirik. Türkiyənin bu məsələdə mütləq Azərbaycanla fikir mübadiləsi içində olması və qardaşlarımızın razı salınması qaçılmazdır. Çünki Azərbaycanı razı salmadan qəbul ediləcək qərar Türkiyə-Azərbaycan münasibətləri kimi, Türkiyənin digər Türk ölkələri ilə münasibətlərinə də ağır zərbə vuracaq. Çünki bu, Azərbaycan üçün kosmetik yox, həyati bir məsələdir. Söhbət torpaqlarının 20%-i işğal altında olan bir ölkədən gedir. Türkiyə Azərbaycan ictimaiyyətinə də özünü haqlı göstərə bilməz. Buna görə son dərəcə diqqətli olmaq lazımdır. Ancaq hökumətin bu məsələdə həssaslıq göstərəcəyinə dair işarələr də ala bilmirəm-bunun dəlil-sübutu ortada yoxdur.

- Maraqlı bir vəziyyətlə qarşılaşmışıq - prezident Gül və xarici işlər naziri Babacan cərəyan edən proseslərlə bağlı Azərbaycana məlumat verildiyini vurğulasalar da, bu açıqlamaların Bakını razı salmadığını görürük. Sizcə, Azərbaycanın bildiyi gizli şeylər varmı? Əgər varsa, bunu Ankaradan ən yüksək səviyyədə soruşmaq olmazmı?

- Demək ki, bizim bilmədiyimiz başqa şeylər var. Mən Azərbaycanın burada mənfi niyyətli olduğunu düşünmürəm. Yenə təkrar edirəm bu məsələdə bizim bilmədiyimiz şeylər ola bilər.

- İranın xarici işlər naziri İrəvana son səfəri zamanı ölkəsinin Qarabağ məsələsinin həllində vasitəçi ola biləcəyini açıqladı. Buna nə dərəcədə ehtimal verirsiniz?

- Mən İranın bu prosesin içinə girə biləcəyini düşünmürəm. İranın işi başından aşır. Tehranın bu məsələ ilə məşğul olacaq vaxtı və gücü yoxdur.

- Bu qədər yazılıb-pozulana baxmayaraq Sizcə, niyə Türkiyə Xarici İşlər Nazirliyi heç olmasa bir dəfə açıqlama vermir? Türkiyə XİN cavab vermədikcə isə Azərbaycan tərəfinin də şübhələri artır...

- Türkiyə XİN-in susmasının səbəblərinə təxmini cavab vermək istəmirəm. Lakin qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın Qarabağ məsələsini Türkiyədə daha geniş şəkildə tanıtmasına ehtiyac var. Zaman göstərir ki, artıq bu işləri sadəcə səfirliklər vasitəsi ilə görmək mümkün deyil. Tez-tez toplantılar təşkil edilməli, mediaya daim bilgilər verilməlidir. Əgər hökumət Ermənistanla münasibətlərdə Azərbaycanın mənafeyinə zidd olan hər hansı qərarı Məclisə gətirərsə, müxalifət ciddi şəkildə toplumu buna qarşı təşkilatlandırma yoluna getməlidir. Proseslər belə bir durumda müxalifətin üzərinə böyük iş düşəcəyini göstərir. Media da bu işə həvəslə yanaşacaq. Əksi-təqdirdə xalqı bu qərara qarşı təşkilatlandırmaq mümkün olmayacaq.


FaceBook

Twitter
© 2006 - 2012 21. YÜZYIL TÜRKİYE ENSTİTÜSÜ
Tüm hakları T.C. Yasalarınca saklıdır.
Sitemizde bulunan yazıların sorumlulukları yazarlarına aittir. Kurumumuz tarafından çıkarılan dergi, özel rapor ve kitapların içeriklerinde bulunan yazılarda aynı kapsam dahilinde yazarına aittir.
Bu sayfa en iyi 1024x768 ve üzeri çözünürlükte çalışmaktadır. En iyi görüntüleme için: Internet Explorer 8 Internet Explorer 8 ve üzeri, Firefox Firefox 3.6 ve üzeri, Chrome Chrome 8 tarayıcıları tercih ediniz.
powered by Globalmesaj