Hoşgeldiniz; Bugün 28 Mayıs 2017 Pazar

Ahmet Turan Esen Azerbaycan'ın Veteninfo gazetesine röportaj verdi

Azerbaycan|03 Mayıs 2013 Cuma
3 Mayıs Türkçülük Gününde Azerbaycan ve Türk Dünyası

 

“Dünyanın harasında bir türk varsa, o bölgə türk dünyası üçün önəm daşıyır. Bu baxımdan və geopolitik və geostrateji nöqteyi-nəzərdən Azərbaycan türk dünyası üçün hər zaman vaz keçilməz olub”.

Bu sözləri Vətəninfo.az-a “XXI əsr-Türkiyə İnstitutu”nun Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Ahmet Turan Esen deyib:

“Böyük türk öndəri Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha yerə enməz” deyərək başlatdığı müstəqillik mücadiləsi, 80-ci illərdən başlayaraq Əbülfəz Elçibəyin liderliyi ilə yenidən alovlandı.

Bunun nəticəsində türk dünyasının ən önəmli mərkəzlərindən biri olan Qafqazlarda yeni bir türk dövləti ortaya çıxdı. Azərbaycan coğrasiyası tarixi türklərin vətəni və mərkəzidir.

İsmayil bəy Qaspıralının ifadə etdiyi kimi “dildə, fikirdə, işdə birlik” düşüncəsi çərçivəsində Türkiyə-Azərbaycan və Kuzey Kıprıs Türk Cümhuriyyəti dövlətlərinin birliyi ilə türk dövlətlərinin ortaq bir konfederasiyası ətrafında birləşməsinin önü açılacaq. Azərbaycan türk dünyası üçün bir körpü, Türküstan coğrafiyası üçün bir açar rolunu oynayır.

21-ci Yüzillik Türkiyə İnstitutunun başqanı və Qazi Universitetinin əməkdaşı prof. Dr Ümit Özdağın ifadə etdiyi kimi “bizlər Türkiyə və Azərbaycanın, övladlarımız və nəvələrimiz isə türk dünyasının birləşdiyini görəcək”. Sonda isə fikirlərimi türkçülük düşüncəsinin fikir babalarından olan Əli bəy Hüseynzadədən təsirlənən Ziya Göy Alpın bir sözü ilə bitirmək istəyirəm - “Vətən nə Türkiyədir türklərə, nə Türküstan! Vətən böyük və məhəbbət bir ölkədir Turan!””, - deyə analitik fikrini tamamladı.

http://veteninfo.az/siyaset/13075.html

  • Yorumlar0
  • Onay Bekleyenler0

comment_what_is_your_mind

google_ad_height = 240; //-->
TSK Mehmetçik Vakfı